Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib - YENİLƏNİB + VİDEO

4-07-2020, 22:48           
Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib - YENİLƏNİB + VİDEO
Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.
Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.