“Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: - “Ola bilər ki…”

9-07-2020, 20:31           
“Gündəlik yoluxma 1000 nəfəri keçir” iddiasına rəsmi cavab: - “Ola bilər ki…”
"Gün ərzində yoluxma halları 1000 nəfərdən də çox olur”.

Koronaviruslu xəstələrin müalicəsində iştirak edən həkim infeksionist Vüsalə Yusifovanın “Yeniavaz.com”-a bu açıqlaması maraq doğurub.

O, yoluxanların sayı ilə bağlı rəsmi açıqlanan rəqəmlərin 2-yə, 3-ə vurulmalı olduğunu deyib. Həkim infeksionist eləcə də modul xəstəxanalara xəstələrin götürülməsində ayrı-seçkiliyin edildiyini deyib, dərmanların qiymətlərinin süni şəkildə artırılmasına, qoruyucu maskaların qiymətlərinin baha olmasına narazılığını bildirib.

Yoluxma sayının rəqmi rəqəmlərdən artıq olması ilə bağlı açıqlama xüsusilə maraq doğurub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, Operativ Qərargah tərəfindən yoluxma sayı gündəlik olaraq, mediaya və əhaliyə çatdırılır.

“Qeydə alınmayan yoluxanların olması mümkündürmü?” sualına cavabında TƏBİB sözcüsü bildirib ki, testdən keçən yoluxanlar arasında qeydə alınmayanlar yoxdur:

“Bilirsiz ki, test zamanı cavabı neqativ olanlar da “buzlu şüşə” sindromu ilə xəstəxanaya qaldırılır. Amma elə adamlar var ki, evdə xəstəliyi keçirir və həkimə məlumat vermir. Ola bilər ki, müəyyən qədər belə xəstələr olsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru