İrəvanda bacısının başını plastik torbada gəzdirən şəxs həbs olunub FOTO VİDEO

2-08-2020, 15:59           
İrəvanda bacısının başını plastik torbada gəzdirən şəxs həbs olunub FOTO VİDEO
58 yaşlı İrəvan sakini 68 yaşlı bacısının başını kəsib və onu plastik torbaya qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.

Xəbərdə deyilir ki, polis qan izləri aydın görünən torbanı qatilin əlində görüb. Vətəndaşa yaxınlaşaraq plastik torbanın içində nə olduğunu soruşub. Özünü şübhəli aparan şəxs deyib ki, o, plastik torbanı atmağa aparır.

Polis plastik torbaya baxış keçirən zaman məlum olub ki, torbanın içində kəsilmiş qadın başı var. Dərhal həbs olunan şəxs polis şöbəsinə gətirilib.

“Armenian News”un müxbirinin verdiyi məlumata görə, içində kəsik baş olan plastik torba hələ də cinayəti törətməkdə şübhəli bilindiyinə görə həbs olunan 58 yaşlı vətəndaşın saxlandığı polis idarəsinin yaxınlığındakı ərazidə yerdə qalmaqdadır.

Elbəyi Həsənli, Sürix

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.