ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb

11-08-2020, 00:00           
ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb
ABŞ-ın Solt-Leyk-Siti şəhərinin polis departamenti polis əməkdaşının sinəsinə bərkidilmiş kamera vasitəsilə cinayətkarın zərərsizləşdirilməsi anının videogörüntüsünü ictimailəşdirib.

Trend-in məlumatına görə, 34 yaşlı Endrü Ceykob Pirs mübahisə zəminində digər şəxsin boğazına bıçaq dirəyib.

Polis əməkdaşları silahları həmin şəxsə tərəf tuşlayaraq bıçağı atmasını tələb edib. Polislərdən biri ani fürsətdən yararlanaraq atəş açıb. Qurban hadisə yerindən uzaqlaşdıqdan sonra daha bir neçə atəş açılıb. E.C.Pirs aldığı yaralardan hadisə yerində ölüb.

Qeyd edək ki, bu hadisə iyulun 25-də baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru