Azərbaycanlılarla ermənilər arasında dava - 11 nəfər həbs olundu

16-09-2020, 00:06           
Azərbaycanlılarla ermənilər arasında dava - 11 nəfər həbs olundu
Samsxe-Cavaxetiyada azərbaycanlılar və ermənilər arasında 23 avqustda baş verən kütləvi davada 11 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat yayan erməni mediası saxlanılanların 8 nəfərinin azərbaycanlı, 3 nəfərinin isə erməni olduğunu qeyd edib.

Kütləvi davanın təşkilində ittiham olunan bu şəxslər barəsində 2 aylıq həbs müddəti seçilib.

Ermənilər həbsə etiraz olaraq Axalkalakidə kütləvi etiraz aksiyası da keçiriblər.

Hazırda işlə bağlı yenilik yoxdur. teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru