ABŞ-da daha bir İRQÇİ QƏTL – Polis əlil arabasında olan qaradəriliyə 10 dəfə atəş açdı

2-02-2023, 11:54           
ABŞ-da daha bir İRQÇİ QƏTL –
ABŞ-da polis əlil arabasında olan qaradərili kişini xüsusi amansızlıqla qətlə yetirib.

ABŞ-ın Los-Anceles şəhərində polis qaradərili şəxsə 10 dəfə atəş açıb. Entoni Lou adlı kişi hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, polis əlil arabasında olan qaradərili şəxsin bıçaqla kiməsə xəsarət yetirməsi haqqında məlumat alıb. Dərhal hadisə yerinə gələn polis əməkdaşları 36 yaşlı Entoni Lounu saxlamağa çalışıb. Lakin onun əlil arabası ilə hadisə yerindən uzaqlaşmağa çalışdığını görərək 10 dəfə atəş açmağa məcbur qalıb. Beləcə iki uşağı olan qaradərili kişi hadisə yerində dünyasını dəyişib.

Polis idarəsindən verilən açıqlamada Lounun əlindəki bıçağı atacağından qorxduqları üçün ona atəş açdıqları qeyd olunub. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru