Azarkeşlər finala Mxitaryanın şəkli olan 6000 maska gətirmək istəyirlər - TƏXRİBAT!!!

17-05-2019, 18:59           
Azarkeşlər finala Mxitaryanın şəkli olan 6000 maska gətirmək istəyirlər - TƏXRİBAT!!!
Londonun "Arsenal" klubunun nigeriyalı fan-qrupu erməni futbolçusu Henrix Mxitaryanın şəkli olan maskalar hazırlayacaq və Bakıda keçiriləcək final oyununda azarkeşlərə paylayacaq.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, "topçular" əgər Mxitaryan Bakıya getməyəcəksə, afrika pərəstişkarlarına bu maskaları geyinməyə çağırıblar.



Onlar matçın 77-ci dəqiqəsində fləşmob keçirməyi təklif ediblər. Çünki erməni futbolçu "Arsenal"da 7 nömrə altında oynayır.

Qeyd edək ki, İngiltərənin “Arsenal” klubu təhlükəsizlik səbəbindən erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gətirməyəcəyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.