Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

9-05-2024, 15:04           
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
Şəkərli diabet xəstələri üçün satışda olan qidalar bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.

Məsələn, qlütensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdır. Şəkər əvəzləyici dadlandırıcıların qiyməti isə beş-altı manat aralığındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün iki, üç, beş, hətta səkkiz manat ödəməlidirlər.

Qida eksperti Məhsəti Hüseynova bildirib ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil.
Ekspert onu da vurğulayıb ki, belə məhsullar alarkən istehsal tarixi və istifadə müddətinə xüsusi diqqət yetirilməlidir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru