Türkiyədə “112”yə qəribə zəng: “Yanğınsöndürən çağırın, ürəyim yanır...”

9-05-2024, 16:14           
Türkiyədə “112”yə qəribə zəng:
Türkiyədə “112” Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub.

Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məlumat verilib.

Belə ki, bir nəfər zəng edərək “eşq odunda yandığını” deyib və yanğınsöndürən çağırıb.

“Yanğınsöndürən çağırın, qəlbim yanır, eşq ağrısı çəkirəm”, - deyə zəng edən şəxs mərkəzin əməkdaşına bildirib.
Xidmət qeyd edib ki, polis, səhiyyə, jandarma, xilasetmə və AFAD bölmələri ilə koordinasiyalı şəkildə çalışan Zəng Mərkəzi təcili yardım qruplarının ən qısa müddətdə hadisə yerində olmasını təmin etməyə çalışır. Ancaq son üç ərzində Edirnedən edilən çağırışların 58,42 faizi hadisə hesab edilməyib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru