"Forbes" 2019-cu ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb

12-06-2019, 07:15           
"Forbes" 2019-cu ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb
Nüfuzlu "Forbes" jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar.

Birinci yerdə 127 milyon dollar gəlir ilə İspaniya "Barselona"sı və Argentina milli komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni "Yuventus" və Portuqaliyanın hücumçusu Kriştianu Ronaldu tutub. Onun bu müddət ərzində gəlirləri 109 mln. dollar təşkil edib. Üçüncü yer PSJ və Braziliya millisinin oyunçusu Neymara məxsusdur. Onun gəlirləri 105 mln. dollardır.

Dördüncü yerdə meksikalı boksçu Saul Alvares qərarlaşıb. O, 94 mln. dollar qazanıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.