"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir

12-11-2019, 00:06           
"Yuventus" 90 milyon avroya aldığı futbolçu ilə müqaviləni yeniləyir
İtaliyanın “Yuventus” klubu futbolçusu Qonsalo İquainlə müqaviləni yeniləyəcək.

İstiqlal.az xəbər verir ki, bu barədə “Sky Sport Italia”ya Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bildirib.

Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındırlar.

İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.

Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru