Ronaldo azərbaycanlı jurnalistin oğluna mesaj yazdı – FOTO

2-12-2019, 10:33           
Ronaldo azərbaycanlı jurnalistin oğluna mesaj yazdı – FOTO
Dünyaca məşhur futbol ulduzu Kriştiano Ronaldo jurnalist İradə İsakın oğlunun mesajını cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, K. Ronaldo, İradə İsakın oğlu Yunisin “İnstagram”dan ona yazdığı “Mən Kriştianonu sevirəm” (I love Cristiano) mesajına “Sağ ol mənim dostum” (Thanks my friend) deyə cavab verib.
İ. İsak isə bunu öz feyzbuk səhifəsində paylaşıb və evlərində bayram havası olduğunu bildirib: “Bizim evdəki bayramı görmək lazımdır. Yunis instagramda futbol ulduzu Ronaldoya mesaj yazıb, o da Yunisə cavab yazıb. Gəl bu xoşbəxtliyin qarşısında dayan da”.

“Hopper HQ” beynəlxalq monitorinq şirkətinin araşdırmasına görə “İnstagram” səhifəsində 191 milyon izləyicisi olan portuqaliyalı ulduz il ərzində buradan 47.8 milyon dollar qazanır.
Bu da ulduz futbolçunun hazırda çıxış etdiyi “Yuventus” klubundan aldığı maaşdan çoxdur.
Turin təmsilçisi Ronaldoya ildə 34 milyon dollar ödəyir.
Qeyd edək ki, K. Ronaldo XXI əsrin ən böyük futbol ulduzlarından hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru