Məcidov britaniyalı rəqibini nokauta saldı

8-12-2019, 00:04           
Məcidov britaniyalı rəqibini nokauta saldı
Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci görüşündə qələbə qazanıb.
Teref.az xəbər verir ki, həvəskar boks üzrə üçqat dünya çempionumuz Səudiyyə Ərəbistanında keçirilən görüşdə britaniyalı Tom Litlı məğlub edib.

Səkkiz raundluq görüşün ikinci raundunda rəqibini əvvəlcə nokdauna salan Məcidov daha sonra ona nokautla qalib gəlib.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl amerikalı Ed Fauntini məğlub edib peşəkar boksda debüt etmişdi. /oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru