Özil: "Təəssüf ki, hələ də müsəlman dünyası susur”

14-12-2019, 05:32           
Özil: "Təəssüf ki, hələ də müsəlman dünyası susur”
İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsud Özil Şərqi Türkistanda yaşayan türklərin qarşı zorakılıqlara laqeyd qalınmalarına görə müsəlman dünyasını qınayıb.

Futbolcu Şərqi Türkistanda yaşayan müsəlman türklərin təhqir edilməsinə, onların ailələrindən kişilərin zorla aparılıb düşərgələrdə saxlanmasına, müqəddəs “Quran” kitablarının yandırılmasına, din adamlarının ölüdürlməsinə, məscidlərin bağlanmasına islam ölkələrinin susmasına etiraz edib: “Həzrət Əli gözəl deyib: “Zülmə qarşı çıxa bilmirsinizsə, onu hər kəsə xəbərdar edin! Qərb mediası belə bu hadisələri əks etdirir, amma təəssüf ki, hələ də müsəlman dünyası susur”.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru