Ronaldu "Yuventus"da yeni rekord əldə edib

8-08-2020, 06:20           
Ronaldu "Yuventus"da yeni rekord əldə edib
"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu Turin klubunda mövsüm üzrə qolların sayına görə rekorda imza atıb.

“Report” xəbər verir ki, Ronaldu Çempionlar Liqasının 1/8 finalının “Lion”a qarşı cavab matçında dubl edib. Beləliklə, mövsümdə hücumçunun hesabındakı qolların sayı 37-yə çatıb. Bu göstərici klub rekordu olub.

Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. Belə ki, 1925/26 mövsümündə bu rekorda Ferens Xirser imza atıb. O, 35 qol vurub.

"Yuventus" cavab görüşündə "Lion"a qalib gəlib, ancaq növbəti mərhələyə səfər qolunun qaydasına görə fransız klubu çıxıb. İki görüşün ümumi hesabı 2:2-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru