Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək

13-08-2020, 07:52           
Çempionlar Liqası: Bu gün növbəti yarımfinalçı müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

"Report"un məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Atletiko”nun heyətində Anhel Korrea və Şime Vrsalko koronavirusa yoluxduqları üçün oynamayacaqlar. “Leyptsiq”də isə Fabris Hartman və Marsel Zabitzer zədə səbəbindən matçı buraxacaqlar.

Qeyd edək ki, 1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub edib. Paris təmsilçisi yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin qalibi ilə üz-üzə gələcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Şimon Marçinyak
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru