400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı - VİDEO

15-08-2020, 00:44           
400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı - VİDEO
"World Raw Powerlifting Federation" təşkilatı tərəfindən Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında idmançı xəstəxanalıq olub.

Unikal.org xəbər verir ki, Rusiyalı Avropa çempionu Aleksandr Sedıx 400 kq çəkini qaldıran zaman dizləri təzyiqə tab gətirməyərək sınıb.

İdmançı dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alanın sözlərinə görə, o, iki ay yataq rejimində qalmalıdır.

Qeyd edək ki, ötən il 20 yaşlı Yaroslav Radoşkeviç Rusiyadakı Avrasiya çempionatında 250 kq çəkini qaldırarkən karyerasını sonlandıran zədə ilə üzləşmişdi.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.