Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi

16-09-2020, 00:04           
Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Argentina yığmasında çıxışlarını davam etdirmək niyyətindədir.

"Report"un "goal.com"a istinadən məlumatına görə, 33 yaşlı hücumçu milli komandanın böyük yarışlarda qələbəsizlik seriyasına son verə biləcəyinə əmindir. O, 2021-ci il Amerika Kubokunun qalibi olmağı hədəflədiklərini bildirib. Messi habelə, Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamaq istədiyini dilə gətirib.

Qeyd edək ki, Argentina millisi sonuncu dəfə dünya çempionatında 1986-cı, Amerika Kubokunda isə 1993-cü ildə qızıl medal qazanıb. Son illər isə bu komanda ardıcıl 3 finaldan (DÇ-2014, Amerika Kuboku-2015 və 2016) məğlub ayrılıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.