Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

16-09-2020, 07:54           
Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə bu gün 5 qarşılaşma ilə yekun vurulacaq.

"Report"un məlumatına görə, günün ilk matçında "Omoniya" Kiprdə Serbiyanın "Srvena Zvezda" komandasını qəbul edəcək.

Bakı vaxtı ilə eyni saatda - 21:00-da start götürəcək oyunlarda "Qarabağ" Norveç "Molde"si, Macarıstan "Ferentsvaroş"u Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası, İsrailin "Makkabi" (Təl-Əviv) klubu isə Belarus təmsilçisi "Dinamo" (Brest) ilə qarşılaşacaq.

Mərhələnin son matçı isə Danimarkada “Midtüllann” və İsveçrə “Yanq Boyz”u arasında olacaq.

Qalib komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edə biləcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, ilk oyun günündə keçirilmiş matçlardan sonra "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) komandaları Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru