“Bavariya” “Viktoriya”ya şans vermədi, “Napoli” “Ayaks”a futbol dərsi keçdi – YENİLƏNİB

5-10-2022, 10:04           
“Bavariya” “Viktoriya”ya şans vermədi, “Napoli” “Ayaks”a futbol dərsi keçdi – YENİLƏNİB
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda “Liverpul” İngiltərədə Şotlandiya “Reyncers”ini iki cavabsız qolla üstələyib.

İtaliya “Napoli”si isə Niderlandda “Ayaks”ı darmadağın edib - 6:1.

B qrupunda “Portu” Portuqaliyada Almaniyanın “Bayer” komandasına, “Brügge” isə Belçikada İspaniyanın “Atletiko” (Madrid) klubuna qalib gəlib.

C qrupunda İspaniya “Barselona”sı İtaliyada “İnter”ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə “Tottenhem”i Almaniyada “Ayntraxt”la qolsuz heç-heçəyə razılaşıb.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

A qrupu

“Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya) - 2:0
Qollar: Trent Aleksander-Arnold, 7. Məhəmməd Salah, 53 (penalti)


“Ayaks” (Niderland) – “Napoli” (İtaliya) - 1:6
Qollar: Məhəmməd Kudus, 9 - Cakomo Raspadori, 18; 47. Covanni Di Lorentso, 33. Pyotr Zelinski, 45. Xviça Kvaratsxeliya, 63. Covanni Simeone, 81


B qrupu

“Portu” (Portuqaliya) – “Bayer” (Almaniya) - 2:0
Qollar: Zaydu Sanusi, 69. Qaleno, 82


“Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya) - 2:0
Qollar: Kamal Sova, 36. Ferran Xutqla, 62


C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) - 5:0
Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

“İnter” (İtaliya) – “Barselona” (İspaniya) - 1:0
Qol: Hakan Çalhanoğlu, 45+2


D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) - 4:1
Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1

“Ayntraxt” (Frankurt, Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:0

23:43

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Almaniya “Bavariya”sı evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə “Marsel” Fransada Portuqaliya “Sportinq”inə qalib gəlib.

Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) - 5:0
Qollar: Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59


D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) - 4:1
Qollar: Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1
Qırmızı vərəqə: Antonio Adan, 23 ("Sportinq")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru