UFC döyüşçüsü: “Braziliyalı oyunçular ağdərili olduqlarına görə üzr istəyirlər” - FOTO

26-11-2022, 12:13           
UFC döyüşçüsü:
“Braziliyalı oyunçular 2022-ci il dünya çempionatını qazana bilməyəcəklər”.

Bu sözləri UFC “promouşen”ində çıxış edən braziliyalı qarışıq döyüş ustası Paulo Kosta deyib.

O, Braziliya millisinin 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qalib gələ bilməyəcəyi ilə bağlı fikirlərini bildirib.

“Braziliya milli komandasına narkotik tədarükü ilə məşğul olduqları və Ronald (Kosta məhz belə yazıb - red.) kimi, 2002 və ya 2006-cı illərdə transvestitlərlə yatdıqları zaman hörmət edirdilər. İndi onların hamısı feministdir. Həmçinin ağdərili olduqları və gey olmadıqları üçün üzr istəyirlər. Onlar dünya kubokunu qazana bilməyəcəklər, bağışlayın. Keçmiş zamanları qaytarın”, - deyə Kosta sosial şəbəkələrdə yazıb. O, paylaşımına iki şəkil də əlavə edib.

Xatırladaq ki, dünən, noyabrın 24-də Braziliya millisi Serbiya yığması ilə qarşılaşıb və onu 2:0 hesabı ilə məğlub edib. Nəticədə qrup liderliyini əldə edib.


Mənbə: Championat.com












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.