AVRO-2024: Türkiyə Ermənistana qalib gəlib

26-03-2023, 00:13           
AVRO-2024: Türkiyə Ermənistana qalib gəlib
Türkiyə yığmasının qələbə qolunu 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti matçları oynanılıb. AYNA-nın məlumatına görə, iki qrupda ümumilikdə üç qarşılaşma baş tutub.

D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb - 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

I qrupunda İsveçrə səfərdə Belarusu darmadağın edib - 5:0. İsrail isə evdə Kosovo ilə 1:1 hesablı sülhə razılaşıb.

AVRO-2024, seçmə mərhələ

I tur

A qrupu

18:00. Şotlandiya - Kipr - 3:0
Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3
Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5

23:45. İspaniya - Norveç

D qrupu

21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar: Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64

23:45. Xorvatiya - Uels

I qrupu

21:00. Belarus - İsveçrə - 0:5
Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65

21:00. İsrail - Kosovo - 1:1
Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)

23:45. Andorra - Rumıniya

Qeyd edək ki, bu gün daha 3 qarşılaşma baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru