Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verildi - FOTO

26-03-2023, 11:43           
Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verildi - FOTO
Futbol üzrə Argentina millisi üçün qurulan yeni idman bazasına Lionel Messinin adı verilib.

Futbol bazasının açılışında çıxış edən Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia bildirib ki, kompleksdə Argentina millisinin əsas komandası və ölkəni digər yaş qruplarında təmsil edən komandalar yerləşəcək.

“Burada məşq və yüksək səviyyəli tibb məntəqəsi fəaliyyət göstərəcək. Bu kompleks Lionel Andres Messinin adını daşıyacaq”, - deyə Klaudio Tapia bildirib.

Mərasimdə iştirak edən Lionel Messi isə bildirib ki, yeni futbol bazasının açılışına şahidlik etdiyi üçün özünü xoşbəxt hiss edir.
“Mən o şəxslərdənəm ki, insanlara sağ ikən qiymət verilməsinin tərəfdarıyam”, - deyə 35 yaşlı futbolçu bildirib.



Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru