Azərbaycanda polis əməkdaşı bıçaqlanıb - TƏFƏRRÜAT - FOTO

30-05-2020, 20:38           
Azərbaycanda polis əməkdaşı bıçaqlanıb - TƏFƏRRÜAT - FOTO
Hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.
YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görə, polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və Elçin Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.
Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.
Qeyd edək ki, Vüsalə Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru