Hacıqabul ərazisində qaz xəttində baş verən yanğın söndürülüb –VİDEO

8-08-2020, 06:12           
Hacıqabul ərazisində qaz xəttində baş verən yanğın söndürülüb –VİDEO
Hacıqabul-Qalmaz qaz kəmərində yanğın avqustun 7-də saat 20.35-də Hacıqabul rayonu ilə sərhəd olan Abşeron rayonunun çöllük ərazisində qeydə alınıb.

Məlumata görə, Hacıqabul magistral qaz kəmərləri sahəsindən Qalmaz yeraltı qaz anbarını birləşdirən 750 mm diametrlik yüksək təzyiqli qaz kəmərində baş verən yanğın 3 saata qədər davam edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Boru xəttində qazın verilişi dayandırılıb və təxminən 23.30-da kəmərdə yanğın söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” ASC-nin mütəxəssisləri və məsul şəxslər cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb/APA.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.