“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”

10-08-2020, 17:19           
“Dedi ki, nəvələrim mənə siqaret pulu saxlayıb, təqaüdümü aparırlar...”
“Onunla tez-tez görüşürdük, çox mülayim, özünə qarşı tələbkar adam idi. Onda bir xahsiyyət var idi ki, gərək o, necə deyirdisə, mahnı elə də ifa edilməliydi”

Bunu

Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov deyib.

O, Oqtay Kazıminin Azərbaycan musiqi sənəti üçün böyük xidmətləri olduğunu bildirib:

“Yeddi yaşım olanda musiqi məktəbində oxuyurdum və Oqtay isə orda müəllim idi. Pianinoda mahnılar ifa edib nota yazırdı. Həmin vaxt o, bəstəkarlıqla da məşğul idi. Sonra illər keçdi və təbii ki, biz həmkar olduq. Onunla tez-tez görüşürdük, çox mülayim, özünə qarşı tələbkar adam idi. Onda bir xahsiyyət var idi ki, gərək o, necə deyirdisə, mahnı elə də ifa edilməliydi. Gözəl bəstəkar idi və çox yaxşı, yaddaqalan mahnıları var. O, Cabir Novruz, Nəbi Xəzri, Fikrət Qoca və başqa şairlərlə işləyirdi. Ölümündən öncə mən onu gördüm. Musiqidən söhbət etdik, bir az narazı idi. Dedi ki, “Faiq, mən təqaüd alanda elə bil nəvələrimə kimsə xəbər verir. Gəlib mənə siqaret pulu saxlayıb qalanını aparırlar”. Belə bir az zarafat elədi. Ölən gün onlarda oldum, başsağlığı verdim. O, çox istedadlı bəstəkar idi. İllər keçsə də Oqtayın “Ey həyat, sən nə qəribəsən”mahnısı yadımızda qalacaq”.

Qeyd edək ki, Xalq artisti, bəstəkar Oqtay Kazıminin ölümündən on il ötüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.