Onun bu mənzilə ehtiyacı yox idisə, niyə verirdin, ay Əli Həsənov? - FOTO

12-08-2020, 18:34           
Onun bu mənzilə ehtiyacı yox idisə, niyə verirdin, ay Əli Həsənov? - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb.

Bu barədə o, Facebook səhifəsində məlumat verib.

Xatırladaq ki, İntiqam Hümbətov İkinci Jurnalistlər Binasında üçotaqlı mənzillə təmin olunub. Halbuki, keçmiş mətbuat xidmətinin əlavə iki mənzili də var ki, onlardan birini eks şefi - keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayev şəxsən bağışlayıbmış.

Sözügedən üçotaqlı mənzil sahibinə təhvil veriləndən bəri orada heç kim yaşamır. Onlarla jurnalist kirayələrdə qaldığı halda...

Xəbərə əsasən, kommunal xərclərlə bağlı gələn qəbzlər də üst-üstə yığılmaqdadır.

Fotodakı İntiqam Hümbətovun "jurnalistlərin binası"ndakı mənzilidir. //Mediapress.az//













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.