Azərbaycanda xəstəxanaya müayinəyə gedən şəxs öldü

25-09-2020, 11:50           
Azərbaycanda xəstəxanaya müayinəyə gedən şəxs öldü
Salyan rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

Hadisə Salyan Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

İlikin məlumata görə, Kürqaraqaşlı kənd sakini Süleymanov Rəhman Qəhrəman oğlu müayinə olunmaq üçün xəstəxanaya gəlib. Xəstəxananın həyətindəki skamyaların birində oturan zaman anidən halı pisləşib və yerə yıxılıb.

Ona ilk tibbi yardım göstərilənədək dünyasını dəyişib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparıır.(Report)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.