Səbail rəhbərliyi ahılları sevindirdi – FOTO

1-10-2015, 13:15           

Səbail rayonunda Ahıllar günü qeyd olunub.

teref.az xəbər verir ki, 1 Oktyabr Beynəlxalq Ahıllar günü ənənəvi olaraq Səbail rayonunda geniş şəkildə keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayondakı bir sıra ictimai birliklərin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.
Səbail rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə Bayramova qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmasna imkan verib
Müxtəlif növ və kateqoriyalar üzrə 2978 nəfər sosial müavinət, 187 ailə (709 nəfər ailə üzvü) Ünvanlı Sosial Yardım alır ki, hər bir ailə üzvünə 34,00 manat olmaqla, orta hesabla hər bir ailəyə 143,3 manat sosial yardım təyin olunub. Ümumilikdə isə rayonda 13165 nəfər təqaüdçü yaşayır.
Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar və ödəmə terminalları quraşdırılıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.