Gürcüstanda deputatın həbsinə qərar verildi

26-06-2019, 10:27           
Gürcüstanda deputatın həbsinə qərar verildi
Gürcüstanın Baş Prokurorluğu müxalif Vahid Milli Birlik partiyasının deputatı Nika Melianın həbsi ilə bağlı qərar qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, deputat iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşların əsas təşkilatçılarından biri olmaqda şübhəli bilinir.

Baş Prokurorluq Nika Melianın həbsinə icazə verilməsi ilə əlaədar parlamentə müraciət ünvanlayıb.

Xatırladaq ki, Tbilisidə iyunun 20-si və 21-də etiraz aksiyası zamanı polislə vətəndaşlar arasında ciddi qarşıdurma yaranmışdı. İğtişaşlar zamanı 250-yə yaxın insan yaralanmış, 305 nəfər saxlanılmışdı.

Baş verən hadisədə səlahiyyət həddini aşdığına görə, 10 polis əməkdaşı artıq işdən qovulub, iki polis əməkdaşı barəsində cinayət işi açılıb.

Saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.