ABŞ Dövlət Departamenti Honkonqa gedən vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib

15-08-2019, 07:32           
ABŞ Dövlət Departamenti Honkonqa gedən vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib
ABŞ Dövlət Departamenti Honkonqa səfər edən ölkə vətəndaşlarını kütləvi etiraz aksiyaları ilə əlaqədar maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yayılmış açıqlamada deyilir.

Bildirilir ki, ABŞ-da Honkonqa səfər üçün təhlükə səviyyəsi ikinci dərəcəyə qədər qaldırılıb. Departamentin məlumatına görə, iyun ayından etibarən Honkonqun müxtəlif rayonlarında, eləcə də hava limanında bir neçə iri və kiçikhəcmli siyasi nümayişlər keçirilib.

“Onların əksəriyyəti dinc aksiya olub, ancaq bəzilərində qarşıdurmalar yaşanıb və güc tətbiq edilib. Polis kütlələrlə mübarizədə müxtəlif üsullardan, həmçinin gözyaşardıcı qazdan istifadə edib. Xəbərdarlıq edilmədən keçirilən bu cür nümayişlər, çox güman ki, davam edəcək”, - məlumatda belə deyilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.