"Sahil-D" MTK-nın icraçı direktoruna cinayət işi açılıb - SƏBƏB

10-09-2019, 12:25           
"Sahil-D" MTK-nın icraçı direktoruna cinayət işi açılıb - SƏBƏB
"Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynova cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, icraçı direktor iki nəfər qarşı dələduzluqda günahlandırılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

A.Hüseynov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Hüseynov Adilağa Minəxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq - zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə iş açılıb. Xətai rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru