Nigeriyada hərbi düşərgəyə hücum edilib, 60 nəfər ölüb

12-12-2019, 01:15           
Nigeriyada hərbi düşərgəyə hücum edilib, 60 nəfər ölüb
Nigeriyada terrorçular hərbi düşərgəyə silahlı hücum edib.

APA-nın Frans-Press agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 60 nəfər ölüb.

Bildirilib ki, terrorçuların minaatanlardan atdığı mərmilər çox sayda hərbi sursatı və texnikanı sıradan çıxarıb. Yanacaq çənlərinin partlaması ölənlərinin sayının artmasına səbəb olub.

Qeyd edək ki, Nigeriyada həftənin əvvəlində 14 terrorçu tərəfindən döyüş postuna edilən hücum nəticəsində də 3 əsgər öldürülmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.