Azərbaycanlı vəkil Yefremovun rüşvət vermək istəməsi ilə bağlı görüntüləri şərh etdi - VİDEO

14-07-2020, 14:22           
Azərbaycanlı vəkil Yefremovun rüşvət vermək istəməsi ilə bağlı görüntüləri şərh etdi - VİDEO
Rusiyanın Əməkdar artisti Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev aktyorun qəzadan sonra polis əməkdaşına pul vermə cəhdini şərh edib.

Bu barədə RBK xəbər yayıb.

“Qəza zamanı o (Yefremov), ümumiyyətlə, düşünə bilmirdi. Ondan nə istəmək olardı ki?”, - deyə E.Paşayev bildirib.

Vəkil, həmçinin, videonu “hayp” adlandırıb.

Qeyd edək ki, iyulun 13-də “60 dəqiqə” proqramının efirində Mixail Yefremovun qəzadan sonra pul təklif etməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda müfəttiş protokolu doldurarkən, artistin “Qoyun mən gedim, sonra sizə pul ödəyərəm” dediyi eşidilir.



Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sonuncunun sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Aktyorun özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.