Koronavirusdan ölənlərin sayı 751 min 154 oldu

15-08-2020, 06:24           
Koronavirusdan ölənlərin sayı 751 min 154 oldu
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 286 mindən çox artıb.

Teref.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 14-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 286 710 nəfər koronavirusa yoluxub, 6 713 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 20 730 456 ölənlərin isə 751 154 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.