"Facebook" “Instagram”a “Messenger”in xüsusiyyətlərini əlavə edəcək

1-10-2020, 10:01           
"Facebook" “Instagram”a “Messenger”in xüsusiyyətlərini əlavə edəcək
“Facebook” şirkəti “Instagram” sosial şəbəkəsində “Direct” bölməsini yeniləyərək, ona “Messenger” tətbiqinin funksiyalarını əlavə edəcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə şirkətin press-relizində bildirilib.

“Bu gün biz “Instagram”da şəxsi mesajlar üçün güncəlləmə elan edirik və tətbiqdə yeni “Messenger” interfeysini təqdim edirik. Biz “Messenger” və “Instagram” funksiyalarını birləşdiririk ki, hansı tətbiqdən istifadə etməyinizdən asılı olmayaraq, mesaj göndərməyin ən yaxşı yolunu əldə edə biləsiniz”, - deyə şirkətdən bildirilib.

“Facebook” qeyd edir ki, “Instagram” istifadəçilərindən gələn mesajlar və zənglər tətbiqdə qalacaq. “Instagram”dakı əsas dəyişiklik ondan ibarətdir ki, “Messenger” tətbiqini istifadə edən insanlar artıq bu tətbiqi yükləmədən “Instagram”da başqa bir istifadəçi ilə əlaqə qura bilirlər.

Bundan başqa, “Instagram”ın “Direct” bölməsinə 10-dan çox əlavə xüsusiyyət əlavə ediləcək.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.