Müəllimimə məktub.

4-10-2019, 09:29           
Müəllimimə məktub.
Salam, müellim. Menem....sayənizdə MƏN olan, mən! O mənki, siz hər zaman soyadımla çağırırdınız.İndi mene bey, müellim deyə müraciət edirlər.Təşəkkür edirəm!
Eziyyetleriniz......Taxtadan stulunuz vardı, o stulda belə oturmağı çox görərdiniz özünüzə, 45 dəqiqə ayaq üstə durub, mən anlayana qədər izah edərdiniz dərsi, belə qazanardınız maddi-menevi qazancınızı.
İndi, iş otaqımda yumşaq kreslomda oturarkən və hər dəfə o taxta stulu xatırlayarkən, qazancımla bərabər, çiynimdə ağır haqq yüküylə, təşəkkür edirəm SİZƏ!
Öyüdləriniz...Mənimçün yox, özünüzçün, gələcəyiniz üçün oxuyursuz, deyirdiz, haqlıydınız.....Hər zaman olduğu kimi, haqlıydınız...!Bayağı səslənsə də, bu gün mənim sizə bir qəpik də olsun, xeyrim yox, amma özümün və ailemin ehtiyaclarını ödəyərkən, boğazımdan keçən hər bir tikə üçün, təşəkkür edirəm!
Aşıladığınız doğrular.....Ən böyük biclik, düzlükdür, deyirdiniz.Çətindir düz olmaq, müəlliməm, indi düz, düzdə qalır .Uzaqdan-uzağa iş həyatımda və gündəlik həyatda dürüstlüyümçün, mənə qazandırdığın güvən üçün, təşəkkür edirəm!
Gözümdə ucaldığınızçün.....Böyük əməyin qarşılığında, aldığınız kiçik maaşla qənaətlənərək, əlinizi rüşvət çirkabına bulandırmadığınızcün, mene de o çirkabla örnək olmadığınızçün, təşəkkür edirəm!
Xeyirxahlıqlarınız....ehtiyacınız olsa da, birinin atası şehid, digərinin ailesi imkansızdır, deyib, qazandığınız mənəvi zənginliklərlə kifayətləndiyinzçün,nəfsinizin toxluğuyla mənə örnək olduğunuzçün,təmənnasız etdiyiniz bütün xeyrxahlıqlarınızçün, təşəkkür edirəm!
Bir də eynəyiniz vardı....Mənim üçün oyaq qaldığınız gecələr, o gecələrdə etdiyiniz mütaliələr,dəftərimdə düzəltdiyiniz səhvlərim... və o gecələrdə itirdiyiniz göz nurunun hesabına, bu gun menim kimi yuzlerle şagirdin geleceyi nurlanıb.Teşekkür edirəm!
Ey böyük üreyin sahibi, yazmadıqlarlm...yaza bilmədiklərim var....Ve sizin mende bir ömre beraber HAQQINIZ var.Teşekkür edirem, heyatımdan gelib keçdiyinizçün, menim müellimim olduğunuzçün.....Bayramınlz mübarek, MÜELLİMEM!TEŞEKKÜR EDİRƏM!!!
Nəsimi Şərəfxanlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.