“Mən sığınacaq istəməmişəm, bu təxribatdır” – Azərbaycanın İsveçdəki səfiri açıqlama verdi

21-07-2020, 22:02           
“Mən sığınacaq istəməmişəm, bu təxribatdır” –
Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadənin siyasi sığınacaq istəməsi barədə yayılan məlumatlara aydınlıq gətirlib.
G.Rüstəmzadə haqqın.az-a açıqlamanda bu informasiyanı təxribat adlandırıb: “Bu təxribatdır. Mən hazırda öz iş yerimdəyəm. Başa düşmrəm kim və nə üçün belə dezinformasiyanı yayır?” –deyə o bildirib.
XİN-dən də bu məlumat təkzib olunub və informasiya diversiyası adlandırılıb.
Qeyd edək ki, bir neçə saat əvvəl sosial şəbəkədə Azərbaycan diplomatının sığınacaq üçün müraciət etdiyi barədə məlumat yayılıb.
Günəş Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin nəvəsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.