Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - Fotolar

18-09-2019, 08:40           
Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü - Fotolar
Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az Report-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qafqazinfo" sözügedən avtomobillə bağlı fotoları əldə edib. Avtomobilin Elvin adlı şəxsə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru