Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

3-07-2020, 11:54           
 Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...
Milli Məclisin ən passiv deputatlarından biri kimi tanınan, 2010-cu ildən Leriklilərin haqq sözünü hökumətə çatdırmalı olan deputat İqbal Məmmədov son günlərin sosial media qəhrəmanına çevrilib. Onun birdən-birə aktivləşməsi, rayonun kəndlərinin dərdlərini yavaş-yavaş dilə gətirməsi müşahidə olunur.
Deyəsən deputat köhnə susqunluğunu və təqsirlərini unutdurmağa çalışır, illərdir Lerikdə özünün və yaxınlarının da dərd üstünə süni dərdlər qalamasının sanki fərqinə belə varmır. Eyvallah deyirəm, amma bu şuluq yenə nəyinsə, öz maddi maraqlarının peşindədir deyəsən, sonra demədi deməyin!.
Ondan başlayaq ki, illər əvvələdək öz seçicilərinin belə tanımadığı İ.Məmmədov indiki "məşhurluğunu", populizmə revanş həvəsini məhz mediaya borcludur. Yəqin o səbəbi özü də bilir deyə, sonda ağıl işlədərək el-oba dərdini "hayqırmaqla" gündəmin nəbzini daha bərk tutmağa çalışır. Məqsədi üçün isə sərt tənqidə məruz qaldığı "Reaksiya TV" və "Xural TV"-yə də sığınır, özəl açıqlamalar verərək özünü "demokrat" qiyafəsinə bürüyür.
Gəlin, buna da bir əhsən deyim! Çünki, əslində nə olursa olsun, bizimki kimi ölkələrdə seçicisinə bunca laqeyid bir deputatın gec də olsa məsuliyyətini dərk etməsinə, özünü əsl millətvəkili kimi aparmağa çalışmasına, jurnalistlərə açıq olmasına ehtiyacımız var və buna da normalda sevinməliyik. Lakin, 20 ildir Leriki xaotik anlayışla kurasiya edən, rayonda xeyli sayda obyektə və ölçüyəgəlməz torpaq sahələrinə, şirkətlər qrupuna, çeşidli fermalara, xarici ölkələrə uzanıb da milyonları aşan mal-mülkə sahib olan və indi sadaladığı problemlərin həlli istiqamətində ötən deputatlıq dönəmlərində bir xeyirli işə yaramayan adam səmimi ola bilməz. Axı yadımızdadır, bu deputat 2 dönəmlik mandatını ancaq özünü və sərvətini qorumaq üçün səfərbər edib.
Ötən ilin avqustunda da bəlli olmadımı ki, mandat toxunulmazlığı İqbal Məmmədova və qohumlarına 100 minləri qazanıb 5 manat belə vergi verməməyi, əksinə “Relax” istirahət mərkəzində vergi əməkdaşlarının döyülməsini aşılayıb? Onun MM-də 10 il yuxulaması və koronavirusun zəhmilə diksinib birdən ayılması sizə görə də müəmmalı və məqsədli görünmürmü?!

Tarix: Bu gün, 11:25 | Çap et
Şükür, Lerikin deputatı "dil açdı" və oyandı

Sayqı bəslədiyim jurnalistlər - Əvəz Zeynallı və Zaur Qəriboğlunun Lerikə gedib deputatın və bir qrup seçicilərinin iştirakı ilə hazırladıqları məlum reportajdan aydın olur ki, problemlərin varlığı lap xirtdəkdəndir. Amma, ayrı-ayrı kəndlərdə yolsuzluqdan, işıq və telefon xəttinin olmamasından, təhsilsizlikdən və mədəniyyətsizlikdən dəm vuran İqbal Məmmədova həmkarlarımızın zəruri suallar verməməsi onu ən təəssübkeş, ən işgüzar deputat kimi də göstərir. Bu da media ədalətidirsə, buna da bir eyvallah deyirəm - Qoy belə olsun!
Ancaq, gəlin birlikdə "Hər şey Azərbaycan üçün!" deyərək dağ rayonuna səfər edən həmkarlarımızdan fərqli, "Lerikdə hər şey özüm üçün!" deyən iş adamı - deputat İqbal Məmmədova sadə suallar verək:
- Sayın İqbal bəy, Lerikin problemlərini niyə məhz indi dilə gətirirsiniz? 10 ildir hansı işlərlə məşğul idiniz ki, dediyiniz o acınacaqlı kənd problemləri bu qədər aşıb-daşıb?
- İndi dediklərinizi niyə heç zaman Milli Məclisdə səsləndirməmisiniz, buna görə sizə maneə olanlarmı var idi?
- Seçicilərinizə son 10 ilin hesabatını verə bilərsinizmi, rayonda indiyədək hansı ictimai-sosial-iqtisadi problemləri həll edə bilmisiniz, hansı aktual çağırışlar etmisiniz?
- İndi küfrlə tənqid etdiyiniz problemlərdə öz iziniz varmı və 2020-ci ilin deputatı ilə əvvəlki çağırışlarda deputat olan İ.Məmmədovun arasında hansı fərqlər var? Siz dəyişmisiniz yoxsa kəndlərin o problemləri?!
- Bəlkə aydınlığını verəsiniz bilək, Lerikdə sizdən varlı adam varmı və bunun sirri nədədir?
- Rayonun büdcə asılılığından xilası barədə nələri düşünürsünüz, rayonda sahib olduğunuz şirkətlər və restoranlar şəbəkəsi Lerik büdcəsinin ayaqda qalmasında bir işə yarayırmı? Vergi öhdəlikərinizi yerinə yetirirsinizmi, yoxsa, yağmalamaq üçün vergi işçilərinin növbəti dəfə gəlişinə hazırlaşırsınız?
Danışmağa başlayan İqbal müəllimə çox suallar vermək olar, amma buraxaq ki, yavaş-yavaş danışa və Lerikə hökumətin hesabına bəlkə bir gün ağlaya!.. Uzun illərdir ki, Leriki işğal edib ağlar günə qoyanlardan biri elə onun özü olsa da...
Osman Nərimanoğlu
Demokratik.Azшаблоны для dle 11.2

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.