“Cavanşir Feyziyev nə etmək istəyir?” — Prezidentə müraciət edildi

8-07-2020, 00:01           
“Cavanşir Feyziyev nə etmək istəyir?” —
"Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol preparatının distribüteri olan "AvroMed" şirkəti bu preparatı ancaq öz doktalarına (apteklərinə) verir. Anlamıram, Cavanşir Feyziyev nə etmək istəyir?! Bu dövlətə və dövlətçiliyə qarşı təxribat deyil, bəs nədir?! Buradan ölkə Prezidenti İlham Əliyev cənablarının diqqətinə çatdırmaq istəyirəm: Milli Məclisin üzvü olan bu Mehdiyev Ramizin əlaltıları dövlətimizin ağır bəla ilə mübarizə apardığı bir vaxtda təxribatla, siyasi sabotajla məşğuldurlar”.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu qeyd edib ki, bunlar özlərini "milli dövlətçilik” pərdəsi altında gizlədərək dövləti və dövlətçiliyi sabotaj edirlər: "Bu şəxslər milyonlar qazanırlar. Hələ mən son günlər yerli istehsalda olan siqaretlərin qiymətlərinin süni olaraq bahalaşdırılmasını həyata keçirən "EvroTabak" haqqında demirəm. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edirəm: Cavanşir Feyziyev adlı "millət vəkili”nin fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Dövlətimizin koronavirusla mübarizə apardığı çətin bir zamanda dövlətçiliyimizə qarşı verdiyi hoqqabazlığı ifşa etməyin əsl zamanıdır...”


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.