“EuroHome”-də qanunlar yox Azay Möhnətovun hökmü işləyir- Öz dediyinə görə.....VİDEO

11-07-2020, 11:07           
 “EuroHome”-də qanunlar yox Azay Möhnətovun hökmü işləyir- Öz dediyinə görə.....VİDEO
Ötən ilin dekabrın ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğını hər kəs xatırlayır. Əldə etmişik ki, təxminən yanğın zamanı 159 mağaza yanmışdır. Bu isə o deməkdir ki, eyni sayda sahibkara ziyan dəyib. Bu ilin may ayının 11- də (5 aydan sonra) isə eyni hadisə yenidən təkirarlandı.
Bu günlər “EuroHome” da baş verən məlum yanğın hadisəsindən zərər görən bir qrup sahibkarlar redaksiyamıza zəng edərək bildirirlər ki, onlara dəyən ziyanın ödənilməməsi səbəbilə bazar rəhbərliyi ilə razılığa gələ bilmirlər. Məhz elə bu üzdn də onlar “EuroHome” tikinti materialları bazarına – öz yerlərinə buraxılmırlar. Səbəb isə belədir ki, baş verən yanğın zamanı dəymiş ziyanla bağlı dövlət sığorta şirkəti tərəfindən onlara verilməli olan konpensasiyanı tələb etmələridir. Hansı ki, dövlət başçısı da hadisəylə bağlı öz çıxışlarında qeyd etmişdir ki, yanğından zərər görən bütün sahibkarlara dövlət dəstəyi olunacaq və hər bir sahibkara dövlət sığorta şirkəti tərəfindən konpensasiyalar tam şəkildə ödəniləcəkdir. Lakin görünən odur ki, nə sahibkarlara dövlət dəstəyi olunur, nədə ki, dövlət sığoruta şirkəti onlara konpensasiya vermək fikrindədir. Bu üzdən də “EuroHome” tikinti materialları bazarında nazrazılıqlar baş qaldırıb.
Belə ki, yanğın zamanı ziyana düşən bir qrup şəxslər aidiyyəti dövlət qurumlarına yazılı müraciətlər edərək konpensasiyanı tələb etdiklərinə görə “Eurohome” tikinti materialları bazarının müdiri Azay Möhnətovun qəzəbinə tuş gəliblər. Və onlar Azay Möhnətovun tapşırığına əsasən bazara buraxmırlar.
İddia olunur ki, Azay Möhnətov onlara şərt qoyub ki, yanğın zamanı dəymiş zərərin dövlət sığorta şirkəti tərəfindən onlara ödənilməsinə dair tələblərini geri çəksinlər və sənədləri imzalasınlar ki, güya dəymiş ziyanla bağlı sığorta şirkəti tərəfindən onlara konpensasiya ödənilib.
Bildirilir ki, bu tələblərlə razılaşan sahibkarlar hazırda bazarda öz işləri ilə məşğuldurlar. Razılaşmayan bir qrup insanlar isə bazardan kənarlaşdırılıblar.
Bazarın sahibi istintaqın getdiyini və bazarın hələki işləmədiyini əsas gətirsədə, lakin bir qrup mağaza sahibləri tərəfindən saytımıza bildirilib ki, “Eurohome” tikinti materialları bazarı normalda işləyir. Və rəhbərliklə razılaşmış bəzi mağaza sahiblərinin şəxsi vəsaitləri hesabına bazarın işıq və mühafizə sistemini bərpa etməklə fəaliyyətə başlamalarına icazə verib. Ancaq konpensasiya tələb edən sahibkarlar isə kənarda qalaraq, bazara buraxılmırlar.
Sahibkarların Azay Möhlətovun bu qanunsuz əməllərindən dolayı aidiyyəti qrumlara etdikləri şikayətlərinə isə Azay Möhlətov belə reaksiya verib: “Gedin hara və kimə şikayət edirsiniz edin, bu bazarda kimlərinsə yox, mənim hökmüm işləyir”.
İnanırıq ki, sahibkarların ümidıə müraciət ünvanladığı aidiyyəti qurumlar və bu qrumların vəzifəli şəxsləri onların şikayətinə həssas yanaşacaq, üzləşdikləri problemlərin həll olunmasına gərəkən göməklə yanaşı, Azay Möhlətova da öz yerini tanıdacaqlar.
RealMedia.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.