Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu” - İLGİNC

3-08-2020, 08:57           
Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu” - İLGİNC
Naxçıvan gömrüyündə “korrupsiyanın buynuzu”
“Naxçıvanda büdcəyə köçürülmüş gömrük ödənişləri 2020-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrüylə müqayisədə 131 faiz çox olub”.

Ovqat.com xəbər verir ki, bunu Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli bildirib.

Maraqlıdır ki, Səhət müəllim bu ciddi artımın daxili istehsalın qorunması şəraitində baş tutduğunu deyib.

Nəzərə alsaq ki, 2020-ci ilin birinci yarısı koronavirus epidemiyası səbəbindən xaricə gediş-gəlişlərin məhdudlaşdırıldığı dövrə düşür, Naxçıvan gömrükçülərinin 131% artımı necə əldə etdikləri maraq doğurur. Mümkündür ki, problem bu ilin 6 aylıq göstəricisində yox, ötən illərin rəsmi rəqəmlərində ortaya çıxıb. Ümidvarıq ki, müvafiq dairələr Səhət Həbibbəylinin sovet dövründə olduğu kimi, bir inəkdən 3-əm bala almasının əsl səbəbinə aydınlıq gətirəcək.

Əlaqədar qurumlarınların çox əziyyətə qatlamaması üçün onlara təqdim etdiyimiz videonun 1.30-cu dəqiqəsindən sonraya qulaq asmalarını məsləhət bilirik.

https://nuhcixan.az/news/cemiyyet/32159-naxcivanda-budceye-kocurulmus-gomruk-odenisleri-oten-ilin-eyni-dovru-ile-muqayisede-131-faiz-cox-olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru