«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA

31-10-2020, 08:49           
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Azərbaycanın qocaman banklarından olan «Günaybank» ASC 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.

FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ay ərzində «Günaybank»ın faiz gəlirləri 9 milyon 650 min manat, faiz xərcləri 5 milyon 870 min manat, xalis faiz gəliri 3 milyon 780 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 8,4% artıb, faiz xərcləri isə 10,8% azalıb.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 5 milyon 011 min manat, qeyri-faiz xərcləri 6 milyon 461 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 7,1% azalıb, qeyri-faiz xərcləri isə 9,1% artıb.

"Expressbank" 2020–ci ilin III rübünü - Mənfəətlə Başa Vurub

Nəticədə bankın əməliyyat mənfəəti 2 milyon 330 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat mənfəəti 30% artıb.

Bank bu məbləğin 2 milyon 083 min manatını mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına sərf edilib, nəticədə 9 ayın yekununda «Günaybank»ın xalis mənfəəti cəmi 247 min manat təşkil edib.

Bu əvvəlki ilin eyni dövrünə nisbətən 4,1 dəfə azdır.
"Bank Respublika"nın xalis faiz gəlirləri artaraq - 35,4 mln manat təşkil edib

Bankın hesabatına əsasən ilin əvvəli ilə müqayisədə aktivləri 7,5% artaraq 231 milyon 840 min manat təşkil edib. Bunun 179,5 milyon manatı müştərilərə verilən kreditlər olub, ilin əvvəli ilə müqayisədə kredit portfeli 13% artıb.

Maraqlıdırki, ilin əvvəlindən bəri «Günaybank»ın daşınmaz əmlak kreditləri 50% artsa da, biznes kreditlərinin məbləği demək olar ki, dəyişməyib.

İlk 9 ayda «Günaybank»ın cəmi öhdəlikləri 10,3% artaraq 167 milyon manatı keçib. Bu dövrdə bankdakı depozitlər 4,4% artaraq 85,2 milyon manata çatıb.

"Yapı Kredi Bank Azərbaycan" 3-cü rüb üzrə uğurlu maliyyə göstəricilərini açıqladı - HESABAT

Amma depozitlərin tərkibi müxtəlif istiqamətdə dəyişib. Belə ki, hesabat dövründə «Günaybank»da fiziki şəxslərin depozitləri 10,7% artaraq 71 milyon manatı keçsə də, hüquqi şəxslərin depozitləri 19% azalaraq 14 milyon manata düşüb.

Digər tərəfdən ilin əvavəlindən bəri «Günaybank»ın başqa banklara olan borcu 19 milyon manat artaraq 51 milyondan 70 milyona yüksəlib.

Bankın kapitalı isə 64 milyon 783 min manat olub.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.