Gömrük Komitəsi ilk dəfə deyil ki, Azərbaycanı HƏDƏFƏ ÇEVİRİR... - BU DA FAKT!!!

24-03-2023, 17:42           
Gömrük Komitəsi ilk dəfə deyil ki, Azərbaycanı HƏDƏFƏ ÇEVİRİR... - BU DA FAKT!!!
" "Gömrükçülərimizin saxladığı geyim-filan əşyalarının dəyəri 100 mindən artıqdır", "bəyan edilməyib" deyə, şəxsi əşyaların saxlanılmasına, götürülməsinə, müsadirəsinə haqq qazandırmaq doğru deyil. Gömrükçülərimiz çox belə "əməliyyatlar" çıxarıblar, onlarla yerli məhkəmə qərarları var ki, "bəyan edilməmə" əsası ilə vətəndaşların əşyalarının, pullarının üzərinə çökülməsini qanunsuz sayıb. Gömrükçülərimizin "şücaəti" hətta Avropa Məhkəməsinə qədər gedib, çıxıb". DİA.AZ bildirir ki, bu barədə tanınmış vəkil Xalid Ağalı açıqlama verib.
Daha sonra X.Ağalı daha detallı faktları açıqlayıb:
"Həddən ziyadə diqqətli gömrükçülərimiz 2010-cu ildə Türkiyə vətəndaşı Serpil Par-ı hava limanında saxlamışdılar. Onun üzərində bəyan edilməmiş 210 min avro pul vardı. "Bəyan edilməmə" əsası ilə türk vətəndaşının pulu götürüldü, özünə də qaçaqmalçılığı görə cinayət işi açıldı. Xanım Par-dan "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə alındıqdan sonra pulu əlindən alındı, özü sərbəst buraxıldı...
Başıbəlalı Yaponiya vətəndaşı Katsunori Hyodo-nu da 2011-ci ildə hava limanımızda eyni aqibət gözləyirdi. Yapon qardaşımızın 127 min avrosu "bəyan edilməməsi" əsası ilə gömrükçülərimiz tərəfindən götürüldü, özünə də cinayət işi açılmdı...
Yenə də "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə, pulun əlindən alınması və yapon qardaşın sərbəst buraxılması hekayəsi...
Həm xanım Par, həm də cənab Hyodo nəql edilən olayların ardından müvafiq hüquqi addımları atıb, onların mülkiyyətini təşkil edən cinayət yolu ilə əldə edilməmiş, hər hansı cinayətin obyekti olmayan pul vəsaitinin onlara geri verilməsini tələb etmişdilər. Amma məhkəmələrimiz daxil, müraciət edilmiş bütün instansiyalar "bizim gömrük qanunsuzluq etməz" pəncərəsindən boylanmışdı xanım Par və cənab Hyodonun şikayətlərinə. Sonda onlar Avropa Məhkəməsinə üz tutmalı olmuşdular.
Avropa Məhkəməsi 2021-ci ildə həmin şikayətlər üzrə qərarını açıqladı. Qərarın azərbaycanca mətninin saytımızdakı linkini şərh bölməsində qoymuşam, aydın, o qədər də geniş olmayan qərardır, maraqlananalar oxuya bilərlər.
Qərarın ümumi məzmunu bundan ibarətdir ki, xanım Par və cənab Hyodo Azərbaycan gömrüyündə bütünlüklə qanunsuzluq silsiləsi ilə əhatələniblər - pulları qanunsuz götürülüb, təzyiq altında pullarından imtina ərizəsi yazmağa vadar ediliblər və sair.
Yekunda məhkəmə qərar verdi ki, götürülmüş pullar qəpiyə-qəpik (337 min 600 avro) türk və yapon vətəndaşa ödənilsin, dövlət də qəpiyə-qəpik ödədi, Ali Məhkəmənin Plenumu Par və Hyodonun şikayətləri üzrə əvvəlki bütün qərarları ləğv etdi...
Gömrükçülərimizin "sərvaxtlığından" bizə, ölkəmizə qalansa biabırçılıq, hökumətin hüquq xərcləri, Avropa Məhkəməsi ilə yazışmaların əziyyəti oldu...
p.s. Yeri gəlmişkən, Azərbaycan hökuməti bu qərarın icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə 2022-ci ilin dekabrında yazıb ki, qərarı tərcümə etdik, Gömrük Komitəsinə də göndərdik ki, bir də belə qanunsuzluqlar etməsinlər..."

Məsələ ilə bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq....












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.