"Biz də insanıq, niyə təhqir olunmalıyıq, niyə söyülməliyik?" - deputat

10-09-2019, 12:34           
"Biz də insanıq, niyə təhqir olunmalıyıq, niyə söyülməliyik?" - deputat
YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a eks-nazirlər barədə verdiyi sensasiyalı açıqlamasına bəzi sabiq nazirlərdən reaksiya gəlib. Belə ki, sabiq təhsil naziri Misir Mərdanov demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil. “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”, - eks-nazir bildirib. M.Mərdanov keçmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib.

YAP-çı deputat Tahir Rzayev həmkarı Siyavuş Novruzovun vəzifədən gedən nazir və məmurlarla bağlı son açıqlamasına dəstək çıxıb. “Etikxeber”ə açıqlamasında bir çox hallarda məhz hakim partiyada təmsil olunmuş həmin sabiq nazirlərə, vaxtilə vəzifə tutmuş o şəxslərə görə təhqir olunduqlarını bildirib. “Biz də vətəndaşıq, biz də insanıq. Biz niyə təhqir olunmalıyıq, niyə söyülməliyik? Bir çox hallarda da məhz onlara görə!!! Onların özlərinin ünvanına nə qədər sözlər deyirlər” - deyən deputat vurğulayıb ki, onlar özləri heç olmasa özlərini müdafiə etsinlər. “Düzünü deyim ki, mənim əlimdə hakim partiya üzvü olan sabiq nazirlərlə bağlı hansısa faktlar yoxdur. Amma Siyavuş müəllimin sözünə, dediklərinin əksəriyyətinə haqq qazandırıram. Çünki bu adamlar-sabiq nazirlər uzun müddət bu dövlətdə, bu hakimiyyətdə, hökumətdə təmsil olunublar, bunlar insanlar arasında olublar. Bunların vəzifədən çıxandan sonra birdən-birə istər ictimai həyatdan, ictimai səhnədən çəkilmələri və gedib oturub susqunluq göstərmələrini düzgün qəbul eləmirəm. Nə olar nazir vəzifəsindən çıxanda, bir vətəndaş kimi dünyada baş verən hadisələrə, ölkədə baş verən proseslərə öz münasibətlərin bildirməlidirlər” - deyə YAP-çı deputat sözlərinə əlavə edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.