"Naxçıvanın muxtariyyət səlahiyyətinin azaldılması prosesi gedir" - deputat

2-12-2022, 17:46           
"Naxçıvanın muxtariyyət səlahiyyətinin azaldılması prosesi gedir" - deputat
"Bir dəfə də Naxçıvanda olmamışam. Orada olmadığım üçün Naxçıvan haqqında məlumatları mediadan və sosial şəbəkələrdən izləmişəm".

TEREF.AZ xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat xatırladıb ki, sonuncu dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb:

"Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib. Görünən odur ki, bu proses davamlı olacaq. Naxçıvanın muxtariyyət səlahiyyətinin azaldılması prosesi gedir. Bəlkə də bu 44 günlük Zəfərdən sonra yaranan reallığımızın bir nəticəsi olmalıdır. Bilirsiniz ki, Naxçıvanla bağlı çoxlu şikayətlər olur. Orada son dəfə iki nəfər həbs olundu. Məlum oldu ki, bir orqanda 132, digərində isə 144 milyon manat yeyinti var. Əgər bu iki qurumda belədirsə, demək ki, o biri qurumlarda da eyni vəziyyətdədir. "Kor-kor, gör-gör" məsələni burada qeyd edə bilərik. Belə çıxır ki, bu, dayanan proses ola bilməz. Proses orada qeyri-qanuni vasitələr aradan qaldırılana qədər davam edəcək".












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.