İllarionov: Rusiyanın Azərbaycana marağı yoxdur

12-09-2019, 09:47           
İllarionov: Rusiyanın Azərbaycana marağı yoxdur
Rusiyanın Azərbaycanla bağlı qlobal maraqları yoxdur.

Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində Rusiya prezidentinin eks-köməkçisi Andrey İllarionov deyib.

“Azərbaycana gəlincə deyə bilərəm ki, respublika stabil formada inkişaf edir və sizin bəxtiniz gətirib ki, Rusiyanın xristian Ermənistan və Gürcüstandan fərqli olaraq ölkənizlə bağlı hansısa qlobal maraqları yoxdur. Əgər siz Qərbə tərəf hansısa qəfil dönüş etsəniz, heç kim sizinlə küskün tonda danışmayacaq, çünki siz ideologiya və dini baxımdan yadsınız. Bunun yerinə ukraynalılar, gürcülər, ermənilər, belarusların Qərblə istənilən yaxınlaşmasını Rusiya xəyanət sayır. Ona görə də Rusiya bu ölkələrin ona borclu olduğunu düşünür”, - o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.