Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL

9-11-2019, 10:42           
Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL
Rusiya XİN-nin bəyanatında həmişəki cümlələr təkrarlanıb – “Separatçılarla heç bir rəsmi görüş keçirilməyib”, “Özünü “Dağlıq Qarabağın Rusiyadakı daimi nümayəndəliyi” adlandıran qurum qeydiyyatdan keçməyib", yəni guya “təmsilçilik” özbaşına fəaliyyət göstərir. Bu cümlələrdə yeni heç nə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elxan Şahinoğlu Azərbaycan XİN-in Rusiyaya notasına bu gün Rusiya XİN-in cavabını şərh edərkən deyib. Politoloq bildirib ki, Rusiya XİN-in Dağlıq Qarabağ separatçılarının Moskvaya səfərləri ilə bağlı Bakının notasına cavabında bir məqam diqqətini çəkib:

“Notaya cavabda bildirilir ki, Rusiya tərəfinə olan etirazların əsası yoxdur, ümumi ton isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun deyil.

Bu cümlə sanki Bakıya mesajdır ki, bizimlə sərt tonda danışmayın”.

Analitikin sözlərinə görə, separatçıların Vaşinqtondakı görüşlərindən dolayı ABŞ-a nota verilibsə, Rusiyaya da nota verilməli idi və Azərbaycan XİN doğru addım atıb:

“Əks halda biz Azərbaycan XİN-ni günahlandırardıq ki, ABŞ-a sözünü dediyi halda separatçıların Rusiyaya səfərlərini görməzdən gəlir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.