"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner

20-11-2019, 11:10           
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
SSRİ zamanında fərqli xalqların bir-biriylə dostluq etməsi kimi yanılmalar mövcuddur.

Axar.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Pozner deyib. O, əslində SSRİ-də xalqlar arasında heç bir dostluğun olmadığını söyləyib:

“Bu, sovet təbliğatı idi. Əslində fərqli respublikalarda olan xalqlar bir-birini çox da sevmirdi, rusları isə ümumiyyətlə sevmirdilər. Gürcülər erməniləri, ermənilər azərbaycanlıları, türkmənlər özbəkləri sevmirdi. Özünü aldatma məkrli bir şeydir. Ən yaxşısı həqiqətin gözünə baxmaq, onu nə özündən, nə də başqalarından gizlətməkdir. Bu halda çox çatışmazlıqlardan qaçmaq olar”, – deyə o bildirib.



O, rusların onillərlə sovet respublikalarında yaşayıb, rus dilində danışdıqlarını, bunun da yerli xalqların narazılığına səbəb olduğunu və bunun müəyyən qədər müstəmləkəçilik anlamına gəldiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.